Partiya  Asim Mollazadə

Asim Mollazadə

Asim Mollazadə Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Demokratik İslahatlar Partiyasının sədri

Avro-Atlantik Mərkəzin Prezidenti

Euronest Parlament Assambleyasının üzvü

 

 

DOĞUM TARİXİ VƏ YERİ

 

06 iyun 1953-cü ildə Bakı şəhərində anadan olub

 

TƏHSİLİ

 

Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 164 saylı orta məktəbi və

Azərbaycan Tibb İnstitutunu bitirib.

1980-1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyası Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb.

Tibb elmləri doktorudur.

 

 İŞLƏDİYİ YERLƏR

 

1992-ci ildən – Psixogen nevroloji və psixosomatik xəstəliklər Mərkəzinin direktoru (Bakı, Azərbaycan);

 

Dekabr-aprel 1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin informasiya-analitik xidmətinin rəhbəri (Bakı, Azərbaycan);

 

Aprel-iyun 1993-cü ildən – Azərbaycan Respublikası Prezident Aparatının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri və Ermənistanla münaqişənin nizamlanması üzrə Prezidentin xüsusi nümayəndəsi;

 

1994-cü ilin yanvar ayından – 2005-ci ilin aprelədək – Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini;

 

1994-cü ilin fevral ayından -1998-ci ilədək – Demokratiyanın İnkişafı Fondunun təsisçilərindən biri və vitse-prezidenti; Fondun fəaliyyət istiqaməti siyasi əməkdaşlığın gücləndirilməsi, plüralist baxışın təşviqi, siyasi və hüquqi təhsil, siyasi diskussiyalar üçün forumların təşkilinə yönəlib.

1998-ci ildən – Azərbaycan Avro-Atlantik Mərkəzinin yaradıcısı və rəhbəri; Mərkəz Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyasına istiqamət götürməklə NATO ölkələrinin və Azərbaycanın siyasi fiqurları arasında körpü rolunu oynamağı nəzərdə tutur. Mərkəzin hədəflərinə hüquqi islahatlar, mətbuat azadlığı, eləcə də regional təhlükəsizlik məsələləri daxildir.

Doktor Mollazadə Cənubi Qafqazda təhlükəsizlik siyasəti, Azərbaycan və NATO, Azərbaycanın Avropa Şurası və Avropa Komissiyasına üzvlük perspektivləri, azlıqların problemləri kimi bir çox yüksək səviyyəli konfranslara başçılıq etmişdir.

 

2000-ci ildən – bu günədək – Milli Məclisin deputatı (iki dəfə yenidən seçilib: 2005-сi və 2010-cu ildə), parlamentin Beynəlxalq Əlaqələr Komitəsinin üzvü;

 

2001-ci ilin yanvar ayından – Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA-nın) Yaxın Şərq alt komitəsinin sədri, Siyasi və Monitorinq Komitələrinin üzvü, AŞ PA-nın Belarus üzrə məruzəçisi;

 

2005-ci ilin iyul ayından – bu günədək  – Demokratik İslahatlar Partiyasının sədridir (üç dəfə yenidən seçilib: 2008-сi ilin noyabr ayında, 2011-ci ilin oktyabr ayında və 2013-cü ilin iyun ayında).

 

 

Azərbaycan, Bakı, AZ1078, Sabit Rəhman küç. 7

Tel: (994 12) 437 15 76, 437 15 77  Faks: (994 12) 437 15 77

www.demreforms.az     e-mail: demreforms@party.az

  Party
  General Information
  Memorandum
  Charter
  How to join
  Party Leaders
  Data center
  Əlaqə
  Party leaders
  Party Chairman
  Political Council
  Candidates
  Data center
  Press Releases
  About us in the media
  Contact