1953-cü il, iyunun 18-də Azərbaycan Xanlar rayonunda anadan olmuşdur.1977-ci ildə Neft Akademiyasını (keçmiş M.Əzizbəyov adına Neft və Kimya İnstitutu) bitirmişdir. 1975-1991-ci illərdə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun tələbə həmkarlar ittifaqı komitəsinin sədr müavini, sədri, institutun həmkarlar ittifaqı komitəsinin sədri vəzifələrində işləmişdir. 1990-1997-ci illərdə özəl bank sistemində bankın idarə heyətinin sədri və prezidenti işləmişdir. Hal-hazırda «NNN» Şirkətlər Qrupunun prezidentidir. 1986-cı ildə Xalqlar Dostluğu ordeni ilə təltif edilmişdir. Iqtisadiyyat elmləri namizədidir. Evlidir. Iki övladı və üç nəvəsi var. |