Mən Əhmədov İnqilab Ağacan oğlu 1960-cı ildə Lənkəran rayonunda anadan olmuşam. Orta təhsilimi 1967-1977-ci illərdə Lənkəran rayonunda almışam. Əmək fəaliyyətimə 1977-ci ildə Lənkəran rayonunun Ş. Axundov adına sovxozunda fəhlə kimi başlamışam.1979-cu ilin may ayından 1981-ci ilin iyununa qədər Sovet Ordusu sıralarında hərbi xidmət keçmişəm. Ordu sıralarından tərxis olunandan sonra Leninqrad şəhərində 104 nömrəli tikinti trestində işləmişəm. 1982-1987-ci illərdə Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsində əyani şöbədə oxumuşam. Universiteti əla qiymətlə bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunda siyasi iqtisad kafedrasında laborant vəzifəsində çalışmışam. 1987-ci ildə Leninqrad Dövlət Universitetinə təcrübəkeçmə üçün ezamiyyə olunmuşam. 1988-ci il həmin Universitetin iqtisadiyyat fakültəsinin aspiranturasına daxil olmuşam. İki ildən sonra 1990-cı ildə namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edib Bakıya, Azərbaycan Neft və Kimya institutunun siyasi iqtisad kafedrasına müəllimi kimi işə düzəlmişəm. 1990-cı ildən 1994-cü ilə kimi Strateji Araşdırmalar Mərkəzində böyük elmi işçi kimi çalışmışam. !994-cü ilin oktyabr ayından Sosial-Psixoloji Araşdırmalar Mərkəzində baş direktorun müavini işləmişəm. 1995-ci ilin noyabr ayından 2005-ci ilin iyun ayına qədər “Trend” analitik informasiya agentliyinin baş direktoru vəzifəsində çalışmışam. 2003-cü ilin iyün ayından İctimai Vəsaitin Monitorinqi Mərkəzinin direktoru vəzifəsində çalışıram 2000-ci ilin oktyabr ayında Sankt-Peterburq İqtisadiyyat və Maliyyə Universtitetində iqtisadiyyat üzrə doktorluq dissertasiyasını müdafiə etmişəm. Hal-hazırda Bakıda yaşayıram, evliyəm və üç övladım var. 14 iyun 2005-ci il. |